Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyada kütləvi rabitə kəsilməsi baş verir. Demək olar ki, bütün operatorların xidmətlərindən şikayətlər var. T2, MTS və “Bilayn” (Beeline) operatorlarının həm mobil, həm də internet xidmətləri kəsilib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilib ki, internet və mobil rabitə kəsintisi ilə bağlı şikayətlərin böyük əksəriyyəti Moskvadan edilir.
“Bilayn”dan bildirilib ki, Moskvada məhdudiyyət “şirkətdən asılı olmayan” səbəbdəndir.
Ekspertlər hesab edir ki, xüsusi məhdudiyyətlər mayın 9-da keçiriləcək paraddan əvvəl təhlükəsizlik məqsədilə tətbiq edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.