Netanyahu Qəzzada yeni intensiv hərbi əməliyyat elan edib
Qəzza zolağına yeni hücum Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməyə yönəlmiş intensiv hərbi əməliyyat olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkədə məlumat verib.
Netanyahu bildirib ki, əhali öz müdafiəsi üçün köçürüləcək.
O, döyüşlərin anklavın hansı hissəsində aparılacağını bildirməyib.
İsrail Nazirlər Kabineti bu yaxınlarda Qəzza zolağında əməliyyatların genişləndirilməsi planlarını təsdiqləyib.
Öz növbəsində HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bəyan edib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsraildən hərəkət gözləyir.
Əfsanə Kamal
Demokrat.az