Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
İşğalçı İsrail rejiminin hava hücumları nəticəsində bu gün Qəzza zolağında 40-dan çox dinc insan həlak olub.
Bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, bombardmanların qurbanlarının sayı hazırda 45 nəfərə çatıb.
Öz növbəsində Fələstinin HƏMAS hərəkatına bağlı “Qüds” portalı Qəzza şəhərinin qərb ərazilərinə işğalçıların endirdiyi zərbələrdən biri nəticəsində azı 15 fələstinlinin həlak olduğunu bildirib.
Xatırladaq ki, martın 18-də soyqrımçı İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək yanvarda yaradılmış atəşkəs rejimini pozub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.