ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Saxla” xəbərdarlığına tabe olmayan avtomobilin sürücüsü yol polisi əməkdaşını vuraraq qaçıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.
Hadisə avtomobilin kamerasına düşərkən qaçan sürücü gizləndiyi suötürücü boruda yaxalanıb.
Belə ki, D-110 şosesinin Malkara rayonundan keçən hissəsində reyd həyata keçirən regional yol polisi əməkdaşları 61-AEK-606 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə saxlaması barədə xəbərdarlıq edib. Xəbərdarlığa tabe olmayan sürücü polis əməkdaşı R.B.-ni vuraraq qaçıb.
Yoluna davam edən sürücü Küçükhıdır məhəlləsində sükan idarəetməsini itirərək avtomobili yolun sağ tərəfindəki sahəyə aşırıb. Hadisə yerini tərk edən sürücü təxminən 5 saat davam edən axtarış-əməliyyat tədbirləri nəticəsində Çanaqqala şossesinin altından keçən su drenaj borusunun içindən jandarma qrupları tərəfindən tutulub.
Hadisə nəticəsində xəsarət alan polis əməkdaşı R.B. təcili tibbi yardım maşını ilə Malkara Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilib.
Yüngül xəsarətlər alan sürücü isə ilkin tibbi yardımdan sonra nəzarət altına alınıb, o hakim qarşısına çıxarılacaq. Bundan əlavə, onun sərxoş olduğu da müəyyən olunub.
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.