AZ

Azərbaycan millisinin Belarusla oyunlar üçün heyəti açıqlandı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.

Fanat.Az xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.

Millinin təlim-məşq toplanışı üçün heyəti də açıqlanıb: 

1. Bilal Hacıyev - Qarabağ
2. Ülvi Abbaslı - Sumqayıt
3. Kamal Camalzadə - Neftçi
4. Uğur Qurbanlı - Qarabağ
5. Roman Fərzəli - Qarabağ
6. Vaqif Nəbiyev - Qarabağ
7. Arda Əzizli - Qarabağ
8. Mehdi İsmayılov - Qəbələ
9. Tunar Bayramov - Qəbələ
10. Ramil Hacıyev - Zirə
11. Cəfər Balakişiyev - Zirə
12. Ruslan Quliyev - Neftçi
13. Yusif Orucəliyev - EFA
14. Mirzə Məmmədli - Sumqayıt
15. Ömər Kosayev - Sumqayıt
16. Raul Hüseynov - Vətən
17. Furqan Musayev - Beşiktaş (Türkiyə)
18. Şikar Şikar - Neftçi
19. Murad İsmayılov - Qarabağ
20. Cavidan Əlizadə - Qarabağ
21. Tunar Əsgərzadə - Qarabağ
22. Nicat Rəhimli - Qəbələ

Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.

Seçilən
0
fanat.az

1Mənbələr