“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçürmək qərarına gəldiyini açıqlayıb.
Sfera.az bildirir ki, “Batman”, “Omar”, “Centlmen” kimi layihələrdə rol alan, “Oskar” mükafatına namizəd olan aktyor Kolin Farrell Angelman sindromu diaqnozu qoyulan oğlu Ceymsin uzunmüddətli müalicə müəssisəsinə yerləşdiriləcəyini açıqlayıb.
Farrell bu qərarı oğlunun anası Kim Bordenave ilə birlikdə verdiklərini bildirib. Valideynlər oğullarının səhhətlərinin pisləşəcəyi təqdirdə tək qalacağından qorxaraq belə bir addım atmağa qərar verdiklərini bildiriblər.
48 yaşlı Farrell mətbuata verdiyi açıqlamada bu sözləri deyib:
“Bu çətin vəziyyətdir. Bəzi valideynlər deyir ki, “övladıma özüm baxmaq istəyirəm” və buna hörmət edirəm. Amma mənim qorxum: Sabah infarkt keçirsəm və Allah eləməsin, Ceymsin anası Kim də avtomobil qəzası keçirib xəstələnsə, Ceyms tək qalsa? Ümid edirik ki, o, hələ sağ ikən gedə, ziyarət edə biləcəyimiz və bəzən onu bayıra çıxara biləcəyimiz bir yer tapacağıq”.
Aysel