ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Danışıq zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlər müzakirə olunub.
Ərdoğan Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində atdığı addımları dəstəklədiyini bildirib və Türkiyənin ədalətli və davamlı sülh üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Suriya məsələsində isə Ərdoğan bölgədə sabitliyin bərpası və qaçqınların geri dönüşü üçün ABŞ sanksiyalarının ləğv edilməsinin vacibliyini qeyd edib.
Ərdoğan, həmçinin Trampı Türkiyəyə dəvət edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta