AZ

Qərbdə yeniyetmə və gənclər getdikcə daha çox terrora üz tuturlar..?

...Jurnalistlərin məlumatına görə, Avropa hüquq-mühafizə orqanları artıq terror aktı hazırlamaqda ittiham olunan onlarla yeniyetməni saxlayıb. Cinayətkarların yaşı onları müəyyən etməyi və izləməyi getdikcə çətinləşdirir.

SİA-nın məlumatına görə, bununla bağlı məqalə dərc edən “The Wall Street Journal”, Avropanın səlahiyyətliləri və hüquq-mühafizə orqanlarının terrorçuların izinə düşməsinin getdikcə çətinləşdiyini, çünki onların getdikcə daha çox gənclər və hətta yeniyetmələr olduğunu söyləyib.

İddia olunur ki, bir neçə ay ərzində Avropa İttifaqının müxtəlif ölkələrində ticarət mərkəzlərində, dini qurumlarda və çoxlu sayda insanın toplaşdığı digər yerlərdə terror aktları hazırlamaqda şübhəli bilinərək, yaşı 14-dən yuxarı olan onlarla azyaşlı həbs edilib.

...Və Dağıstanda terror aktı hazırlamaqda ittiham olunan qadın saxlanılıb.

...Yenə də və Rostov-na-Donudan olan 15 yaşlı məktəbli polis tərəfindən terror aktı hazırlamaqda ittiham edilərək saxlanılıb.

Əli Babayev

Seçilən
0
1
sia.az

2Mənbələr