Bakı. Trend:
Orta Dəhliz təkcə nəqliyyat əlaqəsi deyil, sabitlikamilidir.
Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumatagörə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri SahilBabayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.
"Son qlobal və regional hadisələr Azərbaycanın əsas mövqetutduğu Orta Dəhliz təşəbbüsünün kritik əhəmiyyətini vurğulayır.Artan gərginlik və qeyri-müəyyənlik fonunda bu marşrutun etibarlıvə alternativ nəqliyyat arteriyası kimi strateji əhəmiyyətigetdikcə daha aydın görünür. Bu, iqtisadi əlaqələrinşaxələndirilməsinə və geosiyasi dəyişikliklərə qarşı həssaslığınazaldılmasına imkan verir".
S.Babayev vurğulayıb ki, təqdim olunan yenilənmiş strateji baxışvə hərtərəfli təhlil Orta Dəhlizin səmərəliliyinin artırılmasına vəhətta regional və ya qlobal qeyri-sabitlik şəraitində belə ticarətvə əməkdaşlıq üçün əsas kanal kimi dayanıqlılığınıngücləndirilməsinə yönəlmiş mühüm elementlərdir.
"Şərqlə Qərbin strateji kəsişməsində yerləşən Azərbaycan OrtaDəhlizinin inkişafında özünün mühüm rolunu dərk edir. Bu gün təqdimolunan təşəbbüslər və onların icra müddətləri infrastrukturuninkişafı, səmərəliliyin artırılması və dayanıqlı iqtisadi artımlabağlı milli məqsədlərimizə tam uyğundur".
Azərbaycan bu təşəbbüsü dəstəkləməklə vurğulayır: Orta Dəhliztəkcə nəqliyyat əlaqəsi deyil, sabitlik amilidir. Bu, təkcəlogistika və ticarət deyil, həm də geosiyasi çağırışlara tab gətirəbiləcək güclü tərəfdaşlıq əlaqələrinin yaradılmasıdır”, - nazirbildirib.