"Palmeyras"ın cinah oyunçusu Luici karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az "The Sun Football"a istinadən xəbər verir ki, London klubu bu yay gənc braziliyalını transfer etməyə hazırlaşır. Lakin "Arsenal"ın bu məsələdə tək rəqibi deyil – Luici ilə "İnter" və "Borussiya Dortmund" da maraqlanır.
Buna baxmayaraq, “topçular” artıq futbolçunun agenti ilə ilkin əlaqə qurub.
Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 3 milyon avro qiymətləndirir.Luici "Palmeyras"ın əsas komandasında cəmi 12 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Cinah oyunçunun San-Paulu klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulub.