AZ

“Bəxt onlardan yana oldu və qələbə qazandılar” – uduzan azərbaycanlı…

Millimizin üzvü Zamiq Əliyev “Eqnatiya”nın heyətində Albaniya kubokunun final matçına çıxıb. Zamiqin komandası Tirana “Dinamo”su ilə qarşılaşıb. 24 yaşlı müdafiəçi start heyətində meydana çıxıb və sonadək oynayıb. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasından “Dinamo” qalib ayrılıb.

Zamiq Əliyev “Football-plus.az”a oyunla bağlı belə dedi:
“Matça yaxşı başladdıq. Qarşılaşma üstünlüyümüz şəraitində keçirdi. Çox yaxşı qol epizodlarımız oldu, amma yararlana bilmədik. Penalti seriyasında şanslar yarı-yarıya olur. Bəxt onlardan yana oldu və qələbə qazandılar. Önümüzdəki oyunda qələbə qazanıb, yenə finala yüksəlmək istəyirik. Bu mövsümü çempion kimi başa vurmaq niyyətindəyik. Bunun üçün də əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

ƏSƏD SEYİDOV
Seçilən
0
1
football-plus.az

2Mənbələr