Qəhvə yaşlı insanlarda əzələ zəifliyinin qarşısını alır və sağlam qocalmaya kömək edir.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə həkim Marqret Olthoff danışıb.
Ekspert bildirib ki, o, 55 yaşdan yuxarı 1100-dən çox insanın iştirak etdiyi bir tədqiqat üzərində çalışıb. Onun sözlərinə görə, araşdırma göstərib ki, hər gün bir-iki fincan qəhvə içən iştirakçılarda əzələ zəifliyi riski, qəhvə içməyənlərlə müqayisədə 64 faiz daha az olub.
Həkim qeyd edib ki, bu təsirin dəqiq səbəbini müəyyən etmək mümkün deyil. Onun fikrincə, qəhvənin faydası tərkibindəki antioksidantlarla izah oluna bilər.
Həmidə İbrahimova