Rumıniyanın baş naziri Marçel Çolaku Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdiyini, onun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının isə hakim koalisiyanı tərk etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Çolakunun sözlərinə görə, partiya iclası zamanı ona koalisiyadan çıxmaq təklif edilib, lakin o, bu qərarın onun baş nazir postundan istefasına səbəb olacağını anlayıb. Bu səbəbdən istefa vermək qərarına gəlib.
"Dekabrda iki məqsədlə koalisiya yaradıldı: parlamentdə çoxluq təşkil edən sabit hökumətimiz olsun və koalisiyanın prezident olacaq namizədi olsun. İkisindən biri alınmadı, bu isə o deməkdir ki, hazırkı tərkibdəki koalisiya qeyri-legitimdir", - deyə Çolaku qeyd edib.