Bu uğur kimin əməyidi? Nə yaxşı “Turan Tovuz”la oyunda tribunalar doldu? Bu sualları “Qartallar” azarkeş qrupunun rəhbəri Kənan Məmmədliyə ünvanladıq:
“Ardıcıl ikinci mövsümdəhəm gümüş medalları təmin edirik, həm də avrokuboklara vəsiqə qazanırıq. Bu çox qürurvericidi. Ümid edirik ki, gələcək mövsümlərdə çempionluq da qismət olar. Bu uğur baş məşqçinin, azarkeşlərin komanda ruhunun, birliyin nəticəsidi. Tribunaların dolması azarkeşlərin oyunun ciddiyyətinin fərqində olmasının və matçın ideal saatda keçirilməsinin nəticəsidi”.
ƏSƏD SEYİDOV