"Mançester Yunayted" müdafiəçi Ronald Arauxo üçün "Barselona"ya rəsmi təklif verməyə hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı "Football365" yayıb. Bildirilir ki, "qırmızı şeytanlar" gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazandığı təqdirdə, transfer üçün rəsmi addım atacaq.
"Mançester Yunayted" Premyer Liqa cədvəlində 15-ci yerdədir. Ruben Amorimin komandası Avropa Liqasını qazanaraq Çempionlar Liqasına düşə bilər. “Qırmızı şeytanlar” ötən həftə səfərdə “Atletik”ə 3:0 hesabı ilə qalib gələrək turnirin finalına yaxınlaşıb.Nüfuzlu Transfermarkt portalı 26 yaşlı Arauxonu 50 milyon avroya qiymətləndirir.