AZ

ABŞ qanunsuz miqrantların vətənlərinə qayıtmaları üçün 1 000 dollar ödəyəcək

ABŞ administrasiyası öz təşəbbüsü ilə ölkəni tərk etməyə razılaşan qanunsuz miqrantlara 1 000 dollar ödəməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Qurumun məlumatına görə, ödənişi almaq üçün miqrantlar xüsusi “CBP Home” tətbiqində qeydiyyatdan keçməli, ABŞ-ni tərk etməli, sonra isə xaricdə olduqlarını təsdiqləməlidirlər. Bundan sonra onlara 1 000 dollar köçürüləcək. Həmçinin könüllü deportasiya halında onlar lazımi sənədlərin hazırlanmasında və aviabiletlərin alınması üçün maliyyə yardımı almaqda ABŞ hökumətinin yardımına arxalana biləcəklər.

Nazirlik yeni yanaşmanın deportasiya xərclərini təxminən 70 % azaldacağını gözləyir.

“Hazırda qanunsuz miqrantların saxlanması, dəmir barmaqlıqlar arasında ona baxılması və ölkədən çıxarılması orta hesabla 17 121 dollara başa gəlir”, - məlumatda bildirilir.

Seçilən
0
2
report.az

3Mənbələr