AZ

“Bu kluba olan sevgim heç vaxt ölməyəcək”

“Liverpul” klubunun müdafiəçisi Trent Alexander-Arnold komandadan ayrılacağını elan edib.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu, bütün karyerasını bu klubda keçirdiyi üçün belə bir qərar verməyin onun üçün çətin olduğunu etiraf edib.

“Ürəyimdən hər kəsə – məşqçilərimə, menecerlərimə, komanda yoldaşlarıma, heyətə və inanılmaz azarkeşlərimizə təşəkkür edirəm. Xəyallarımı burada gerçəkləşdirə bildiyim üçün özümü şanslı sayıram.Bu kluba olan sevgim heç vaxt ölməyəcək”, – deyə futbolçu bildirib.

Daha əvvəl 26 yaşlı müdafiəçinin mövsüm başa çatdıqdan sonra "Liverpul"dan ayrılacağı və "Real"la 5 illik müqavilə imzalayacağı bildirilirdi.

Seçilən
0
90deqiqe.az

1Mənbələr