AZ

Bu ölkənin baş naziri İSTEFA VERDİ

ain.az, Modern.az saytına istinadən bildirir.

Rumıniyanın baş naziri Marsel Çiolaku istefa verəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, qərarı siyasətçinin özü açıqlayıb.

Onun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SDP) hakim koalisiyadan çıxacaq. Bu qərar koalisiyanın namizədi Krin Antoneskunun prezident seçkilərinin birinci turunda məğlub olmasından sonra qəbul edilib.

Marsel Çiolaku 2023-cü ilin iyun ayından Rumıniya hökumətinə rəhbərlik edir. Parlament seçkilərindən sonra o, Rumıniyada Avropayönlü Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqının daxil olduğu hökumətdə yenidən baş nazir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, mayın 4-də keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı Rumıniyaların Birləşməsi Alyansının lideri Corc Simion səslərin 41%-ni toplayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr