AZ

Hokkey üzrə milli komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək

Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq "Galaxy Cup" turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq...

Poliqon xəbər verir ki, yarışda "Ocaq Sport" klubunun 2013-2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.

Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.

Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.

Poliqon info

Seçilən
0
10
poliqon.info

10Mənbələr