AZ

Tramp “Truth”da Ərdoğandan yazdı: Ölümcül müharibəyə son qoymaq üzrə...

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə məlumat bölüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb:

“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”.

Tramp Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - ABŞ lideri yazıb.

Seçilən
0
7
publika.az

8Mənbələr