ain.az bildirir, Unikal.az portalına istinadən.
Ermənistanda sərhədçini intihara sövq etmə faktı üzrə 1 nəfər həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsi ilə iş başlanıb.
Bundan əvvəl sərhəd qoşunlarında xidmət edən çağırışçı əsgər Artur Avetisyanın güllə yarasından öldüyü məlum olub. O, Sisian rayonunun Aşotavan kəndindən olub və 9 ay əvvəl orduya çağırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.