Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
İranın Kazirun bölgəsində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ilk məlumatlar bir neçə yerli İran mənbəsinə istinadən yayılıb.
İlkin məlumatlara görə, partlayış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/KİSİR) silah anbarında baş verib. Həmin ərazidə rejimə məxsus yeraltı hərbi obyektin yerləşdiyi də bildirilir.
Hazırda partlayışın səbəbi və mümkün tələfatla bağlı rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı detallı məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.
Hadisə İranın bir sıra strateji obyektlərinin son zamanlar hədəfə alınmasından sonra baş verən növbəti partlayış kimi qiymətləndirilir.
https://konkret.az/cloud/uploads/2025/05/YFVFYV.mp4
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.