AZ

İstanbulda inşaat işçiləri arasında kütləvi dava - daş, dəmir və qalın taxtalarla hücum etdilər - VİDEO

İstanbulda inşaat işçiləri arasında kütləvi dava - daş, dəmir və qalın taxtalarla hücum etdilər - VİDEOİstanbulun Gaziosmanpaşa rayonunda yerləşən bir inşaat sahəsində işçilər arasında naməlum səbəbdən dava düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə böyüyən mübahisə şiddətli qarşıdurmaya çevrilib. İşçilər bir-birlərinə daş, dəmir parçaları və qalın taxtalarla hücum ediblər.

Hadisə şahidlərinin çəkdiyi görüntülərdə, işçilərin aqressiv şəkildə bir-birinə hücum etdiyi anlar əks olunub. Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Bəzi şəxslər saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
0
sonxeber.az

1Mənbələr