AZ

Adınıza kredit götürülmüş ola bilər - 11 il sonra öyrəndi

İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib. 

Milli.Az xəbər verir ki, o iddia edir ki, onun adına xəbəri olmadan kredit götürülüb. 

Onun sözlərinə görə, 2014-cü ildə 3 nəfər qrup şəklində İsmayıllı rayonunda fəaliyyət göstərən Aqrar Kredit Bankdan 4500 manat kredit götürüb. Həmin 3 nəfərin arasında Eminin də adı olub. Kreditin götürülməsindən 11 il ötsə də, zərərçəkmişin bundan xəbəri olmayıb. Yalnız bu ilin mart ayında xəbəri olub. Belə ki, o maaşından 200 manat tutulduğu zaman bu borcdan xəbəri olub. O, bildirib ki, onun adına məhkəmədən qətnamə qərarları gəlib, lakin orada ata adı səhv yazılıb.

O, bildirib ki, bundan başqa 2014-cü ildən bəri ona 1 dəfə belə olsun xəbərdarlıq gəlməyib. 

Məsələ ilə bağlı Aqrar Kredit Bankdan bildirildi ki, həmin 3 şəxs 2014-cü ildə kredit götürüblər. Vətəndaş banka olan borcunu qrafik əsasında ödəmədiyindən 2017-ci ildə İsmayıllı rayon məhkəmə sənədinin icra sənədinə əsasən, borclu şəxs qismində olan Emin barədə qətnamə verib. Orada texniki səhv nəticəsində onun ata adı da səhv qeydə alınıb. Nizamoğlu yerinə İlqaroğlu qeyd edilib. Elə bu səbəbdən də onun banka olan borcu maaş kartından tutulması barədə qərar qəbul edilib. Məsələyə aydınlıq gətirilməsi üçün bank tərəfindən məhkəməyə yenidən müraciət olunacaq. 

Aysel Əkbər
Milli.Az 

Seçilən
0
7
milli.az

8Mənbələr