ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə paylaşım edib.
Axar.az xəbər verir ki, Tramp görüşün məhsuldar keçdiyini bildirib.
“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp qeyd edib.
Tramp Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini, eləcə də o da həmkarını Vaşinqtona dəvət etdiyini vurğulayıb.
Həmçinin, Ərdoğan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Ərdoğanla işləməyi səbirsizliklə gözlədiyini bildirib.