AZ

Simonyan Azərbaycanın yefreytor casusudur - Mikoyan 

Ermənistanın parlamentinin spikeri Alen Simonyan Azərbaycanın yefreytor (ən kişik hərbi rütbə-red) casusu və türk agenti statusuna malikdir.

Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın parlamentin spikeri Alen Simonyanın Köçəryanın “rus casusu statusu”na malik olması barədə bəyanatına cavab olaraq verdiyi bəyanatda deyilir.

“Düşünürəm ki, Alen Simonyan azərbaycanlı yefreytor (onbaşı) casusu və türk agenti statusuna malikdir və onun sözlərinə istinad istənilən erməni üçün iyrəncdir.

Ona Ərdoğanın kitabını verin, onu qucaqlayıb sakitləşsin. Bu, mənim siyasi fikrim və siyasi qiymətimdir", - Mikoyan qeyd edib.

Mürtəza
Ölkə.az

Seçilən
0
olke.az

1Mənbələr