Vaqeninqendə Hollandiyanın nasistlərdən azad edilməsinin ildönümü ilə bağlı keçirilən tədbir zamanı Hollandiyanın baş naziri Dik Şof və Polşanın baş naziri Donald Tuskun üzərinə tüstü bombası atılıb.
Bu barədə "RMF 24" məlumat yayıb.
"Mərasim zamanı tüstü bombası Polşa baş nazirinin ayağına düşüb. Onu səhnəyə kütlənin arasından bir kişi atıb", - nəşr yazır.