AZ

Manatlıq taksilərlə bağlı mühüm açıqlama Sürücülərin nəzərinə

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədovun “manatlıq” taksilərlə bağlı fikirləri diqqət çəkib. O, belə bir anlayışın olmadığını, lakin ərazilərdə polislər olmayanda həmin sürücülərin fəaliyyət göstərdiyini bildirib. Bəzi ekspertlər qeyd edir ki, “manatlıq” taksilərə tələbat çoxdur və görünür, qurum onlarla mübarizə apara bilmir.

Çıxış yolu nədir? Paytaxtda “manatlıq taksilər”in qanunsuz fəaliyyəti necə tənzimlənməlidir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, problemi cərimələrin artırılması ilə həll etmək mümkün deyil:

Eldəniz Cəfərov

“Bu, müvəqqəti çıxış yoludur. “Manatlıq” taksi müntəzəm sərnişindaşıma deyil. Mövcud qanunvericiliyə görə, taksi xidməti də sayılmır. Fikrimcə, problemi həll etmək çətindir. Bu istiqamətdə dəfələrlə çağırış etmişik ki, həmin sürücülər fəaliyyətlərini leqallaşdırsınlar. Düzdür, rəsmiləşdirənlər də var, amma qeyri-qanuni hərəkət edənlər də çoxdur. Proses qanuniləşdirilməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr