BAKI, 5 may. TELEQRAF
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Milli komanda mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.
Yığmanın təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:
S. | AD/SOYAD | KLUB |
1 | Bilal Hacıyev | Qarabağ |
2 | Ülvi Abbaslı | Sumqayıt |
3 | Kamal Camalzadə | Neftçi |
4 | Uğur Qurbanlı | Qarabağ |
5 | Roman Fərzəli | Qarabağ |
6 | Vaqif Nəbiyev | Qarabağ |
7 | Arda Əzizli | Qarabağ |
8 | Mehdi İsmayılov | Qəbələ |
9 | Tunar Bayramov | Qəbələ |
10 | Ramil Hacıyev | Zirə |
11 | Cəfər Balakişiyev | Zirə |
12 | Ruslan Quliyev | Neftçi |
13 | Yusif Orucəliyev | EFA |
14 | Mirzə Məmmədli | Sumqayıt |
15 | Ömər Kosayev | Sumqayıt |
16 | Raul Hüseynov | Vətən |
17 | Furqan Musayev | Beşiktaş (Türkiyə) |
18 | Şikar Şikar | Neftçi |
19 | Murad İsmayılov | Qarabağ |
20 | Cavidan Əlizadə | Qarabağ |
21 | Tunar Əsgərzadə | Qarabağ |
22 | Nicat Rəhimli | Qəbələ |
Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.