"Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold klubun müqaviləsini uzatmaq təklifini rədd edib.
90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu İngilis nəhənglərinin yeni müqavilə təklifini qəbul etsəydi, Premyer Liqada ən çox maaş alan müdafiəçi olacaqdı.
Üstəlik, Trent dünyanın ən yüksək maaşlı müdafiəçiləri arasında olacaq.
Daha əvvəl futbolçu mövsüm bitdikdən sonra "Liverpul"u tərk edəcəyini açıqlamışdı.Bu mövsüm futbolçu bütün turnirlərdə 42 matçda iştirak edib, dörd qol vurub və 8 məhsuldar ötürmə edib.