“New York Post” (NYP) 2025-ci ilin ən dəbli rəngini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, müvafiq material nəşrin saytında dərc olunub.
Mütəxəssislərin fikrincə, “Yağ sarısı” (“butter yellow”) bu il üçün ən populyar rəng olub.
Nəşr qeyd edib ki, aktrisa Emma Korrin Londonda “Nosferatu” filminin premyerasında bu rəng geyim seçib. Belə ki, o, tədbirə “Alexander McQueen” brendindən olan paltarda qatılıb.
Həmçinin, aktrisa Cintiya Erivo “Oskar” namizədlərinin ziyafətində həmin rəng, orta uzunluqda “Jacquemus” parçası geyinib. Bundan əlavə, müğənni Ariana Qrande “Wicked” filminin Avropa premyerasına“butter yellow” rəngli tüklü “Ralph Lauren” paltarında qatılıb.

