Arsen Venger Avropa və Çempionlar Liqası ilə əlaqədar yeni təklif irəli sürüb.
Offsideplus.az xəbər verir ki, 75 yaşlı mütəxəssis AL-nin qalibinin qitənin bir nömrəli futbol turnirinə birbaşa vəsiqə qazanmasına münasibət bildirib:
"Qalib gələn klublar avtomatik olaraq Çempionlar Liqasına yox, Avropa Liqasına vəsiqə əldə etməlidir. Xüsusilə də bir liqanın 5 klubu Avropa Liqasına vəsiqə əldə edirsə".
Bu barədə "Bein Sports" məlumat yayıb.