Hindistan Hərbi Hava Qüvvələrinin rəisi Amar Preet Sinq baş nazir Narendra Modini qərb sərhədində uzaqmənzilli döyüş təyyarəsi missiyalarının davam etdiyini və hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində saxlandığını bildirib.
Turkustan.az xəbər verir ki, “Times of India” qəzetinin məlumatına görə, baş nazir Modi Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən terror aktından sonra Pakistanla gərginliyin davam etdiyi Hindistanda Hərbi Hava Qüvvələrinin rəisi marşal Sinqh ilə görüşüb.
Sinq Modi ilə görüşü zamanı hava hücumundan müdafiə şəbəkəsinin yüksək hazırlıq vəziyyətində saxlandığı barədə məlumat paylaşıb.
Modiyə qərb sərhədi boyunca uzaqmənzilli missiyalar həyata keçirən qüvvələrin əməliyyat hazırlığı barədə məlumat verən Sinq qeyd edib ki, bölgədəki hava bazalarında Əməliyyat Hazırlığı Platformalarının (ORP) sayı artırılıb.
Hindistanın çoxməqsədli “Rafale” qırıcıları 300 kilometrdən çox mənzilə malik “Skalp” qanadlı raketləri və 120-150 kilometr məsafə qət edə bilən təkmil “Meteor” raketləri ilə təchiz edilib.
Aytən Yaşar/ Turkustan.az