AZ

Tramp: Putin bütün Ukraynanı istəyir

ABŞ prezidenti Donald Tramp iddia edir ki, Rusiya rəhbərliyi sülh razılaşması əldə etmək üçün zəbt etdiyi bütün Ukrayna ərazilərindən imtina etməli olacaq.

Turkustan.az xəbər verir ki, Amerika prezidenti NBC News telekanalına müsahibəsində deyib ki, "Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir".

Aprelin 24-də Tramp bildirib ki, Rusiya Ukraynadakı münaqişənin nizamlanması prosesində böyük güzəştə gedib və bütün Ukrayna ərazisinə iddia irəli sürmür. Daha sonra o, Ukraynanın itirilmiş ərazilərinin, o cümlədən Krımın qaytarılması tələblərini “gülünc” adlandırıb .

“The Wall Street Journal”ın daha əvvəl xəbər verdiyi kimi , ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri siyahısına, xüsusən, Krımın ABŞ tərəfindən rəsmi olaraq Rusiya kimi tanınması, Rusiyanın yeni regionlar üzərində nəzarətinin sırf tanınması, Ukraynanın NATO-ya daxil olması mümkünlüyü ilə bağlı müzakirələrin gündəmindən çıxarılması ilə bağlı məqamlar var.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr