AZ

Ceyhun Məmmədov: Rusiyanın davranışları qəbuledilməzdir

BAKI, 5 may. TELEQRAF

Azərbaycan hər zaman olduğu kimi bu gün də Rusiya ilə əlaqələrin inkişafında, güclənməsində maraqlıdır. Amma təəsüflə qeyd etmək lazımdır ki, sanki Rusiyada hansısa dairələr münasibətlərin korlanması, əlaqələrə mənfi təsir göstərmək üçün ciddi səylə çalışırlar. Təbii ki, parlament təmsilçisinə bu cür münasibət, yanaşma, qəbuledilməzdir.

Bu sözləri Teleqraf-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Azər Badamovun Rusiyadan deportasiyaolunmasına münasibət bildirərkən deyib.

“Haqlı olaraq Azərbaycan tərəfi Rusiyadan bunun üçün izahat istəyir. Rusiya bir tərəfdən deyir ki, biz sizinlə əməkdaşlıqda, münasibətlərin inkişafında maraqlıyıq. Digər tərəfdən isə bu münasibətlərə xələl gətirə biləcək addımlar atmaqda davam edir. Bu da sözsüz ki, qəbuledilməz bir yanaşmadır”, - o əlavə edib.

Xatırladaq ki,Milli Məclisin deputatları Azər Badamov, Elman Nəsirov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya tərəfinin dəvəti ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Həştərxanda səfərə gediblər. Nümayəndə heyətinə daxil olan deputat Azər Badamovun Rusiyaya girişinə icazə verilməyib. Qarşı tərəf "təhlükəsizlik məsələləri ilə bağlı" A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb. Digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr