AZ

Qələbə Paradına hazırlaşan Vuçiç xəstəxanalıq oldu

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın keçmiş baş naziri, hakim Serb Tərəqqi Partiyasının (SPP) lideri Miloş Vuçeviç bildirib. Vuçiçin səhhətində problem yaransa da, hazırda o özün yaxşı hiss edir.

"Prezident özünü yaxşı hiss edir, ölkəsindədirı. Hərbi Tibb Akademiyasından olan həkimlərimiz onun vəziyyətini izləyir və o, bir neçə gün müalicə alacaq və sağalacaq", - deyə Vuçeviç bildirib.

Qələbə günü üçün Moskvada gözlənilən Vuçiç və Slovakiyanın baş naziri Robert Fitsonun səhhətlərində problemlər yaranıb və son günlər planlaşdırılan görüşləri ləğv ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr