AZ

Black Sea Cable layihəsi Gürcüstan-AİB əməkdaşlığının prioritet istiqamətləri sırasındadır - Nazir

Milan. Trend:

Azərbaycandan Avropaya "yaşıl" enerjinin tədarükünü nəzərdətutan Black Sea Cable layihəsi Gürcüstan və Asiya İnkişaf Bankı(AİB) arasında əməkdaşlığın prioritet istiqamətlərisırasındadır,

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Gürcüstanınmaliyyə naziri və AİB-in ölkə üzrə idarəçisi Laşa Xutişvili bu günAİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanıbildirib.

“Bərpa olunan enerji istehsalının artırılması, enerji saxlamasistemləri vasitəsilə təchizatın təhlükəsizliyinin təmin edilməsi,ötürmə və qoşulma infrastrukturunun, o cümlədən, qarşıdan gələnQara dəniz sualtı elektrik kabeli layihəsi vasitəsiləgenişləndirilməsi, nəqliyyat, rəqəmsal, su və bələdiyyəinfrastrukturunun inkişafı, korporativ idarəetmə islahatları, insankapitalına sərmayə qoyuluşu və innovasiyaların tətbiqi çağımızınbir hissəsidir", - o bildirib.

Xutişvili vurğulayıb ki, AİB-in 58-ci İllik Toplantısı dialoq,işgüzar əlaqələrin qurulması və yeni tərəfdaşlıqların tapılmasıüçün əla imkan yaradır.

"Gürcüstan öz inkişaf məqsədlərinə nail olmaqda müstəsnadayanıqlılıq nümayiş etdirdi.

Gürcüstanın son dörd il ərzində orta iqtisadi artımı ildə9,5%-dən çox olub".

O, həmçinin, qeyd edib ki, Gürcüstan həm dövlət, həm də özəlsektoru əhatə edən təxminən 5,1 milyard dollar dəyərində çoxşaxəlilayihələr portfeli çərçivəsində AİB ilə uğurlu əməkdaşlığını davametdirir.

“Biz Gürcüstan üçün prioritet sahələrdə AİB ilə gələcəkəməkdaşlığa əminik”, - deyə Xutişvili yekunlaşdırıb.

Seçilən
0
az.trend.az

1Mənbələr