AZ

Rusiya bütün Ukraynanı istəyir – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa liderləri dəfələrlə ondan Vladimir Putinə zəng etməyi xahiş ediblər.

O, bu barədə aprelin 4-də “NBC News”a müsahibəsində bildirib. Tramp qeyd edib ki, Rusiya bütün Ukraynadan imtina etməli olacaq. “Və mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indiki zolağı istəmir. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, davam edəcəkdilər. Bilirsinizmi ki, Avropa İttifaqının liderləri məndən dəfələrlə Putinə zəng etməyi xahiş ediblər? Çünki o, onların zənglərinə cavab vermir”.

Tramp həmçinin iddia edir ki, şəxsi söhbəti zamanı Kreml rəhbərindən ABŞ-ın keçmiş prezidenti Co Baydenin son üç ildə ona zəng edib-etmədiyini soruşub və bununla bağlı heç bir əlaqənin olmadığı cavabını alıb. “Və bu arada, minlərlə əsgər ölür – yüzlərlə, milyonlarla, nəinki əsgərlər. İnsanlar şəhərlərdə, qəsəbələrdə ölür və bu ölkənin bütün mədəni irsi məhv edilir. Yəni, bu ölkənin irsi tamamilə məhv edilir. Bilirsiniz o qüllələri, gördüyünüz o gözəl qüllələri – dünyanın ən gözəl və bərbad qüllələrini bilirsinizmi? Onlara atəş açıldığı üçün yerə sərilir və Bayden bir dəfə də olsun zəng etməyib”.

Tramp vurğulayıb ki, Putinin onu “aldatdığını” müəyyən etmək üçün hələ bir az vaxt lazımdır. “Bir ay və ya bir neçə həftədən sonra sizə deyəcəyəm. Hələ bilmirəm. Amma bir şeyi dəqiq deyə bilərəm: o, vəziyyətə nəzarət etdiyimi anlayanda onun ambisiyaları böyük ölçüdə cilovlanıb. Avropada o, heç kimi ciddi qəbul etmir – hətta onları tanımaq istəmir”, – prezident əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr