AZ

"Bayern" 25 ildə etdiyini 100 ildə edə bilməmişdi

Almaniya Bundesliqasının 32-ci turunda 34-cü dəfə ölkə çempionu olan "Bayern Münhen" maraqlı nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi XXI əsrdə 18-ci dəfə Bundesliqanın qalibi adını qazanıb ki, bu da klubun XX yüzillikdəki çempionluq sayından çoxdur.

"Bayern" çempionluq sayında ən yaxın izləyicisi "Nürnberq"dən 25 titul öndədir. "Nürnberq" 9 dəfə Bundesliqada qələbə sevinci yaşayıb. 

Qeyd edək ki, "qırmızılar" çempionatdakı son iki oyunlarını mayın 10-da Mönhenqladbax "Borussiya"sı, 17-də isə "Hoffenhaym"a qarşı keçirəcəklər.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr