AZ

Fransiskin papamobili səyyar klinikaya ÇEVRİLƏCƏK - FOTO

Papa Fransiskin milyonlarla dindarlara müraciət etdiyi “Papamobil” avtomobili Qəzzalı uşaqları üçün səyyar klinikaya çevriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
 

Məlumata görə, “Ümid Avtomobili” xəstəliklərin diaqnostikası, müayinəsi və müalicəsi üçün avadanlıq – infeksiyalar üçün sürətli testlər, peyvəndlər, ilkin tibbi yardım avadanlıqları və digər zəruri alətlərlə təchiz olunacaq.


Artıq səyyar klinikada rayonun ən ucqar guşələrinə yardım aparacaq həkim və tibb işçilərindən ibarət briqada yığılıb.

Qeyd edək ki, "Mercedes-Benz" avtomobil şirkəti ötən il Roma Papası Fransiskə xüsusi hazırlanmış elektrikli papamobil hədiyyə edib.

Roma Papası Fransisk aprelin 21-də 89 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.



Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr