AZ

TƏCİLİ: Qərb Rusiyanı belə məhv etmək istəyir: Ermənistan kartı İŞƏ DÜŞDÜ

Valentina Matvienko və Sergey Lavrov Ermənistana səfər edəcək. İndiki məqamda, yəni Ermənistan hakimiyyətinin Rusiyanı tənqid etdiyi və münasibətləri gərginləşdirdiyi bir vaxtda iki yüksək vəzifəli Rusiya rəsmisinin Ermənistana səfəri xüsusi maraq doğurur. Bəs görəsən, bu səfərlər nə ilə bağlıdır? Pərdəarxası hansı məqamlar ola bilər?

Mövzunu KONKRET.az-a Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli şərh edib:

Əziz

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Paşinyan hakimiyyətini anti-Rusiya cəbhəsinə qoşulmamağa çağırıb. Kreml artıq əmindir  və bunu bir səfirin dili ilə elan edir ki, Ermənistanı Rusiya əleyhinə meydana çevirirlər. Bu gün Gürcüstanda mitinqlər ara vermir, Ermənistan kartı yenidən masadadır. Ukraynadakı vəziyyət isə məlumdur. Odur ki, Qərb Ermənistan ərazisində Rusiyaya qarşı növbəti bir cəbhəni açmağa çalışır. Yəni burada Rusiyaya zərbə vuracaq və onu sıradan çıxaracaq nə isə gözləmək doğru deyil. Rusiya və Ermənistanın heç sərhədi də yoxdur. Ancaq Ermənistanda Rusiyanın təbəələri var. İrəvan hər zaman öz yarım vətəndaşlarının təhlükəsizliyini təmin etməyi strateji planının tərkib hissəsi kimi görüb. Ona görə də, Ermənistanda vəziyyətin qarışması, Rusiya təbəələrinin təhlükə ilə üzləşməsi deməkdir. Bu, Rusiyanın Ermənistana əlavə hərbi qüvvə ayırmasına və maliyyə itkisinə səbəb olacaq. Belə olduqda, Rusiya fokuslandığı cəbhədə zəifləyəcək. Matvienko və Lavrovun səfəri də məhz sözügedən məsələlərlə bağlıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
0
1
konkret.az

2Mənbələr