AZ

Naxçıvan məktəblisindən uğurlu nəticə

Naxçıvan məktəblisindən Respublika Fənn Olimpiadasında daha bir uğurlu nəticə 

 

AzEdu.az xəbər verir ki,  Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə olimpiadalarının qalibləri elan edilib. 

 

Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində iştirak edən Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Fatimə Zeynallı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə II yerin qalibi olub.

 

Qeyd edək ki, bu Respublika Fənn Olimpiadasında cari tədris ilində şagirdlərimiz tərəfindən qazanılan II medaldır. 

 

Fatimə Zeynallını təbrik edir, ona təhsilində uğurlar arzulayırıq!

Seçilən
0
azedu.az

1Mənbələr