AZ

Ruben Amorim: “MY ÇL və İPL-də rəqabətə hazır deyil”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın hazırda rəqabətə qadir olmadığı haqda qənaətini açıqlayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, portuqal mütəxəssis “Mançester Yunayted”in Çempionlar Liqası və İngiltərə Premyer Liqasında rəqabət aparmaq gücündə olmadığını vurğulayıb:

“Mən əminəm ki, biz daha yaxşı oynamağa başlamışıq. Hazırda biz Premyer Liqada oyunları uduzuruq, amma Avropa Liqasında mübarizə aparırıq. Cümə axşamı keçirəcəyimiz oyun – bizim üçün ən vacib oyundur.

Biz İngiltərə Premyer Liqasında rəqabət aparmağa qadir deyilik, Çempionlar Liqasında oynamağa hazır deyilik, amma biz Avropa Liqasını qazanmağa borcluyuq ki, azarkeşlərimizə nəsə bəxş edə bilək. Sonra isə bizim, komandamızı bu iki yarışa hazırlamaq üçün vaxtımız olacaq”, deyə Ruben Amorim vurğulayıb.

35 oyundan 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda isə “qırmızı şeytanlar” Bilbao səfərində yerli “Atletik”i 3:0 heabı ilə məğlub ediblər.

Mayın 8-də cavab oyunu çərçivəsində Ruben Amorimin “Mançester Yunayted”i “Atletik”i “Old Trafford”da qəbul edəcək və yarışın finalına yüksəlməyə çalışacaq.

Məhz Avropa Liqasında qalibiyyət “Mançester Yuanyted”ə növbəti mövsüm Çempionlar Liqasında iştirakını təmin edə bilər.

Seçilən
0
arena.az

1Mənbələr