İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13, 20 və 27 may tarixlərində keçiriləcək hərraclara 192 nəqliyyat vasitəsi və texnika çıxarılıb.
Dövlət Xidmətinin məlumatına görə, 13 may tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1978-2013-cü illəri əhatə edir.
20 may tarixində keçiriləcək hərraca 55 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1997-2014-cü illəri əhatə edir.
27 may tarixində keçiriləcək hərraca 67 nəqliyyat vasitəsi və 2 texnika çıxarılıb.Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. Toxum səpən “TS-24” və toxum təmizləyən “AGTR-1” markalı texnikaların isə istehsal tarixləri 2011-ci ildir. Lot şəklində çıxan texnikaların ilkin satış qiyməti 4.150 manat təşkil edir.