...Mahaçqalada polislə yaraqlılar arasında atışma baş verən əraziyə iri zirehli maşınlar gətirilib.
SİA xəbər verir ki, bu barədə REN TV öz Telegram kanalında məlumat yayıb.Telekanalın məlumatına görə, hazırda hadisə yerində Federal Təhlükəsizlik Xidməti, polis və Rusiya Milli Qvardiyasının əməkdaşları, həmçinin məhkəmə-tibb ekspertləri, eləcə də müstəntiqlər gəliblər.
Silahlılar tərəfindən oğurlanmış yol polis maşını da hadisə yerinə gətirilib.
Daha əvvəl bildirilmişdi ki, hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci (“Hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd”), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı (“Oğurluq məqsədi olmadan oğurluq”) və Rusiya Cinayət Məcəlləsinin 226-cı (“Oğurluq”) maddələri ilə cinayət işi açılıb.
Əli Babayev