Milan. Trend:
Asiya İnkişaf Bankı (AİB) öz əsas missiyasına - yoxsulluğunazaldılması və bazar yönümlü iqtisadi artımın təmin edilməsinəqayıtmalıdır.
Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-in BöyükBritaniyadan olan idarəçisi Ketrin Uest AİB idarə heyəti şurasınınbiznes-sessiyasında etdiyi çıxışda bildirib.
“Onilliklər ərzində Asiya İnkişaf Bankı region ölkələrinəiqtisadiyyatlarını inkişaf etdirməkdə, yoxsulluğun səviyyəsiniazaltmaqda, özəl sektor investisiyalarını artırmaqda, özəl sektordaiş yerləri yaratmaqda və xarici yardımdan asılılığı azaltmaqdayardım göstərib.
Biz bunu uzunmüddətli şəffaf və əlçatan maliyyələşdirmə, eləcədə, geniş texniki dəstək vasitəsilə həyata keçiririk. Bu daölkələrə inkişaf prioritetlərinə sərmayə yatırmaq və digərkreditorların məcburi və qeyri-şəffaf şərtləri ilə kreditləşməsinəmüqavimət göstərmək imkanı verir”, – deyə Uest bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya bu əsas prioritetlərinTramp administrasiyasının ABŞ-də, Asiyada, Sakit okean regionundavə bütövlükdə dünyada daha təhlükəsiz, davamlı və rifahlıiqtisadiyyatların gücləndirilməsinə yönəlmiş səyləri iləuyğunlaşdırılması potensialını görür.
“Lakin bizi narahat edən məqam budur ki, AİB öz əsasmissiyasından çox uzaqlaşıb. Biz bankın yenidən əsas məqsədlərə –yoxsulluğun azaldılmasına və bazar yönümlü iqtisadi artımafokuslandığını görmək istəyirik. Öz missiyasına qayıdan banksəmərəli və nəticəyönümlü fəaliyyət göstərməlidir – özəlinvestisiyaları səfərbər etməli, iqtisadi artımı məhz özəl sektorhesabına stimullaşdırmalı, bazarları inkişaf etdirməlidir.
Bank iqtisadi hərəkətverici qüvvəni dəstəkləyərkən enerjiyoxsulluğunun aradan qaldırılmasına fokuslanmalıdır ki, bu dainvestisiya axınını təmin etsin və artımı sürətləndirsin. Biz bankıenerji sahəsində kompleks yanaşmanı tətbiq etməyə və ölkələrəəlçatan təməl enerji istehsalını təmin edə biləcək bütüntexnologiyalara – məsələn, atom enerjisinə – çıxış imkanınıyaratmağa çağırırıq”, – deyə Böyük Britaniyanın AİB üzrə idarəçisivurğulayıb.
O, həmçinin, qeyd edib ki, resurslardan səmərəli istifadə dahaaz inkişaf etmiş ölkələrə daha çox diqqət yetirilməsini tələb edir.Çünki məhz bu ölkələrdə AİB-in dəstəyi yoxsulluqla mübarizədə vəiqtisadi artımda ən böyük təsiri göstərir. Bununla yanaşı, dahayüksək gəlirli və digər maliyyə mənbələrinə geniş çıxışı olanölkələrdə “çıxış” siyasətinin tətbiqi də vacibdir.
“İnkişafın səmərəliliyi və nəticəliliyi, həmçinin, yüksəkkeyfiyyətli və qiymətə görə deyil, nəticəyə görə daha əlverişliolan satınalma prosedurlarının düzgün icrasını tələb edir. Bu,ölkələrin uzunmüddətli potensialının inkişafı və ədalətli rəqabətintəmin olunmasına da dəstək verməlidir, - əlbəttə ki, dövlətsubsidiyalarının və aşağı standartların təşviqinə yol vermədən.
Daha çevik və sürətli əməliyyatlar vacibdir, lakin bunlarkeyfiyyət və şəffaflıqla yanaşı həyata keçirilməlidir. Bankın əsasmissiyasına qayıtması qlobal iqtisadi artıma və sabitliyə töhfəverəcək, hər kəs üçün birgə inkişafa yol açacaq”, – deyə KetrinUest yekunlaşdırıb.