Bakıda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan-Belarus lift yığma müəssisəsini ziyarət edib.
Bu barədə "Report" Belarus hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, istehsal 2022-ci ildə başlanılıb, ötən il isə "Mogilevliftmaş" ASC ilə əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan müəssisəsinin ərazisində ayrı-ayrı hissələrin və qovşaqların istehsalı təşkil edilib. Daha sonra tərəfdaşlar Belarus komplektləri əsasında liftlərin yığılması üçün detallar almağa başlayıblar.