Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı idman yarışları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu münasibətlə keçirilən ilk idman yarışı şahmat üzrə olub. Naxçıvan Şahmat Mərkəzində reallaşan turnirdə müxtəlif yaş qruplarına məxsus 35 zəka sahibi iştirak edib.
Açılış tədbirində nazirliyin şöbə müdiri Taleh İbrahimov yarışın məqsəd və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın baş hakimi Tural Zeynalov reqlament barədə məlumatları diqqətə çatdırıb. Sonra mübarizəyə start verilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 10-da yekunlaşacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.