AZ

Apreldə neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib?

Bakı. Trend:

2024-2025-ci tədris ilinin yaz semestrinin aprel ayı ərzindəTəhsil Tələbə Krediti Fonduna məxsus elektron portala 2095 müraciətdaxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil TələbəKrediti Fondundan məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində 2486 təhsil tələbə krediti(TTK) müqaviləsi rəsmiləşdirilib.

"Rəsmiləşdirilən müqavilələrin 894-ü sosial növ, 1592-si isəstandart növ təhsil tələbə kreditidir.

Aprel ayında ən çox TTK müqaviləsi rəsmiləşdirilən ilk 5universitet:

1. Gəncə Dövlət Universiteti – 199 müqavilə;

2. Bakı Biznes Universiteti – 137 müqavilə;

3. Azərbaycan Dövlət Pedaqoji Universiteti – 128 müqavilə;

4. Azərbaycan Memarlıq və İnşaat Universiteti – 108müqavilə;

5. Lənkəran Dövlət Universiteti – 88 müqavilə", - məlumatdaəlavə edilib.

Qeyd edək ki, ümumilikdə Fond fəaliyyətə başladığı gündənetibarən bugünədək elektron portala 68409 müraciət daxil olub,bunlardan 54621 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.Bu müqavilələr arasında 35720 (65.40%) standart növ təhsil tələbəkrediti, 18901 (34.60%) sosial növ təhsil tələbə krediti təşkiledir.

Seçilən
0
1
az.trend.az

2Mənbələr