AZ

Azərbaycan millisinin futbolçusu ölkəyə qayıdır - ÖZƏL

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.

Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin fərqli ölkələrdən təklifləri var.

Onunla maraqlanan klublar arasında Misli Premyer Liqası təmsiçiləri yer alır.

Kökçü milli komandada daimi şans qazanmaq üçün seçimini Premyer Liqa klublarımızdan yana edə bilər. Kökçü daha öncə "Sabah"da çıxış edib.

Onun yenidən ölkəmizdə oynayıb-oynamamasına mövsümün sonunda aydınlıq gələcək.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Bursaspor", "Velveyk", "Giresunspor", "Telstar", "Eyndhoven" klublarının şərəfini qoruyub.

Misli Premyer Liqasında son 11 mövsümün rekordu

Emin Mahmudovdan yubiley qolu

"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb

Samir Abasov: “Artıq adımıza layiq bir şey etmirik”

Azər Bağırov: “Qələbə qazansaydıq…”

Seçilən
0
apasport.az

1Mənbələr